Bütün məkanlar
Zirvə

Artım dağı

Ordubad, Naxçıvan
Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…

Haqqında

Artım dağı — Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 1,8 km cənub-şərqdə, Gurdağdan 600 m cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində şimal-qərb istiqamətli fay qırılması müşahidə edilir. Şimal-şərq yamacında Kələki lay dəstəsinin süxurları Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərilə yarılmışdır, qərb yamacında isə andezibazalt tərkibli intruziv kütlə açılır.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar