Xəritə yüklənir…
Haqqında
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun İlisu kənd inzibati ərazi dairəsində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.
VikipediyadanYaxınlıqdan keçən marşrutlar
Rəylər
Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.
Mənbələr
- Wikidata Q2672033 CC0 1.0
- Wikipedia (az): İlisu CC BY-SA 4.0
- Wikipedia (en): İlisu CC BY-SA 4.0
