Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…

Haqqında

Ağrıdağ — Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı diorit və dioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar

Ağrıdağ · EcoTrail