Bütün məkanlar
Zirvə

Arısu dağı

Ordubad, Naxçıvan
Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…

Haqqında

Arısu dağı — Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə. Əylisçayın sağ sahilində, Aşağı Əylis kəndindən 1,5 km şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmus konusvari yüksəklikdir. Ilkin subhorizontal yatımlı süxur qatlarının neotektonik mərhələdə dizyunktiv deformasiyalar təsirindən bloklara parçalanması və sonradan aşınması nəticəsində əmələ gəlmiş geomorfoloji obyektdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin ucqar cənub-şərqində müşahidə edilən asimmetrik quruluşlu eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Cənub-qərb yamacında Alt Eosen və Üst Paleosen yaşlı süxurlar eyniadlı şimal-qərb istiqamətli dərinlik qırılması boyu tektonik təmasa gətirilmişdir.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar