Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…
Haqqında
Dəlikdağ — Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli Yoxuş şaxəsində zirvə. Düylünçayın sol sahilində, Üstüpündən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsi nin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub və şimal yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
VikipediyadanRəylər
Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.
Mənbələr
- OpenStreetMap ODbL 1.0
- Wikidata Q31305400 CC0 1.0
- Wikipedia (az): Dəlikdağ CC BY-SA 4.0