Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…
Haqqında
Camal dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Keçili kənd ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısında, Şahbuzçayın sol qolu İmaməliçayın mənbəyində zirvə. Submeridional istiqamətdə uzanmış alt pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamacında alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran daha bir subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Uzununa və eninə istiqamətlənmiş qırılmaların kəsişmə düyününə aid edilir.
VikipediyadanRəylər
Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.
Mənbələr
- OpenStreetMap ODbL 1.0
- Wikidata Q16396022 CC0 1.0
- Wikipedia (az): Camal dağı CC BY-SA 4.0
