Haqqında
Gülümgülüm dağı – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərbə istiqamətlənmiş Ələngəzdağ şaxəsinin qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Nəsirvaz kəndindən 0,8 km qərbdədir. Alt Eosen yaşlı bazalt-andezit-dasit-riolit formasiyasına aid andezit-dasitlərdən təşkil ölünmüş və sönmüş vulkan boğazına cavab verən, cənub yamacı sıldırımlı, günbəzvari yüksəklikdir. Yamaclarında Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələhi antiklinalının maqmatik kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Zirvə hissəsindən və yamaclarından şimal-şərq və şimal-qərb istiqamətli fay qırılması keçir.
VikipediyadanRəylər
Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.
Mənbələr
- OpenStreetMap ODbL 1.0
- Wikidata Q31306649 CC0 1.0
- Wikipedia (az): Gülümgülüm dağı CC BY-SA 4.0
