Bütün məkanlar
Zirvə

Ələngəzdağı

Ordubad, Naxçıvan
Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…

Haqqında

Ələngəzdağ – Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayırıcısında, Nəsirvaz kəndindən 1,2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında Zəngəzur qalxım zonası ilə təmas zolağında müşahidə edilən eyniadlı sinklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində Kələki lay dəstəsinin süxurlarını yaran andezitli porfirit tərkibli kiçik subvulkanik kütlə müşahidə edilir. Cənub-şərq yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar

Ələngəzdağı · EcoTrail