Bütün məkanlar
Zirvə

Qapıcıq

Azərbaycanda dağ

Ordubad, Naxçıvan
Xəritə yüklənir…

Haqqında

Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır. Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları, zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar

Qapıcıq · EcoTrail