Bütün məkanlar
Zirvə

Xarxat dağı

Ordubad, Naxçıvan
Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…

Haqqında

Xarxat dağı — Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin suayırıcısındakı Xaşlıdağ yüksəkliyindən cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında, Kilit kəndindən 2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin çökmə süxurlarının Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit, adamellit və qranitlərilə təmas zolağında yerləşən günbəzvari yüksəklikdir. İntruziyadan ayrılan maqmatik flüidlərin ətraf çökmə süxurlara kontakt təsiri nəticəsində sonuncularda epidot-qranat tərkibli zolaqlı skarnlar müşahidə edilir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb cinahında yerləşir.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar

Xarxat dağı · EcoTrail