Hələ açıq lisenziyalı foto yoxdur
Xəritə yüklənir…

Haqqında

Sarıqaya — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Tiviçay ilə Gilançayın suayrıcında zirvədir. Tivi kəndindən 500 m şimaldadır. Hündürlüyü 1723,6 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd şaxəsinin qurtaracağının cənub yamacında zirvə. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinal qırışığının maili cənub-şərq sentriklinal hissəsində yerləşir.

Vikipediyadan

Rəylər

Hələ rəy yoxdur — təəssüratını ilk sən paylaş.

Rəy yaz

Ulduzla qiymətləndirin

Mənbələr

Yaxınlıqdakı məkanlar

Sarıqaya · EcoTrail